İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanının müşaviri general-mayor İbrahim Cəbbari bu gün (çərşənbə) “İslam İnqilabının Ali Rəhbərinin baxışında amerikasayağı beynəlxalq insan haqları konfransı” çərçivəsində deyib: “Qüds Qüvvəsinin komandiri general-mayor Qaani sağ-salamatdır və Allahın izni ilə yaxın günlərdə Həzrət Ağa tərəfindən “Fəth” medalı ilə təltif edilcək.”
O, Hizbullah Hərəkatının Baş katibinin müavini Şeyx Nəim Qasimin çərşənbə axşamı etdiyi çıxışı ilə bağlı suala cavab belə cavab verib: “Nəim Qasimin dünən Livandakı söhbətləri qələbə, müvəffəqiyyət və getdikcə artan hazırlıq vəd edir.”
SEPAH Baş komandanının müşaviri əlavə edib: “Cənab Nəim Qasım dedi ki, əgər hər hansı bir zəiflik və ya problem olubsa, onu aradan qaldırmışıq.”
Sizin rəyiniz